...

Kubada Azərbaycan Mədəniyyət günləri keçirilmişdir

Siyasət Materials 9 Mart 2010 22:50 (UTC +04:00)
Tədbir Azərbaycan – Kuba hökumətlərarası komissiyasının növbəti üçüncü iclası ilə bir vaxtda keçirilmişdir. Mədəniyyət günlərində iştirak etmək üçün Kubaya əlliyə yaxın Azərbaycan incəsənət xadimi, mətbuat və texniki heyəti əhatə edən bir qrup insan gəlmişdir. Bu barədə məlumatı Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi vermişdir.
Kubada Azərbaycan Mədəniyyət  günləri keçirilmişdir

Tədbir Azərbaycan - Kuba hökumətlərarası komissiyasının növbəti üçüncü iclası ilə bir vaxtda keçirilmişdir. Mədəniyyət günlərində iştirak etmək üçün Kubaya əlliyə yaxın Azərbaycan incəsənət xadimi, mətbuat və texniki heyəti əhatə edən bir qrup insan gəlmişdir.
Bu barədə məlumatı Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi vermişdir.

Mədəniyyət günləri cərçivəsində Azərbaycan Mahnı teatrı, Dövlət Rəqs Ansamblı, uşaqlardan ibarət "Şərq çırağı" yaradıcılıq qrupu, tanınmış cazmen İsfar RzayevSarabskinin iştirakı ilə caz qrupu iştirak etmişdirlər.

Mədəniyyət günləri cərçivəsində Havananın Xose Marti adına Milli Kitabxanasında Azərbaycanı tərənnüm edən fotosərgi və xalqımızın milli geyimlərinin nümayişi keçirilmişdir.

Bundan başqa, Havananın tanınmış kinoteatrlarından biri olan və yeni təmirdən çıxmış "İnfanta" kinoteatrında yeni Azərbaycan filmləri nümayış etdirilmişdir. Bunların içində "Qırxıncı qapı, "Hökmdarın taleyi", "Məhküm edilmişlər" geniş tamaşaçı auditoriyasını toplamışdır.

Xəbər lenti

Xəbər lenti