...

Ümid edirəm ki, dünyadakı bütün dövlətlər Novruz bayramının tarixi və ənənələrinə əsaslanaraq sülh ideyalarını təbliğ edəcəklər - Pan Gi Mun

Siyasət Materials 16 Mart 2010 15:48 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Novruz bayramı münasibətilə dünya xalqlarına müraciət edib.
Ümid edirəm ki, dünyadakı bütün dövlətlər Novruz bayramının tarixi və ənənələrinə əsaslanaraq sülh ideyalarını təbliğ edəcəklər - Pan Gi Mun

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

BMT-nin baş katibi Pan Gi Mun Novruz bayramı münasibətilə dünya xalqlarına müraciət edib.

"Bu il ilk dəfə olaraq Beynəlxalq Novruz Gününü qeyd edirik. Ümid edirəm ki, dünyadakı bütün dövlətlər və xalqlar bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında olan harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ edəcəklər", - BMT-nin Azərbaycandakı nümayəndəliyindən çərşənbə axşamı Trend -a daxil olan müraciətdə deyilir.

Baş katib müraciətində vurğulayır ki, Beynəlxalq Novruz Gününün qeyd edilməsi ilə bağlı Baş Assambleyanın bu il qəbul etdiyi qərar bu bayramın yalnız onun keçirildiyi regionda deyil, həmçinin, bütün dünyada artan önəminin tanınmasının ən bariz nümunəsidir.

"Min illər boyu günəşin ekvatoru keçməsi və şimal yarımkürəsinin yaz fəslinə qədəm qoyması ilə Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionların xalqları özlərinə məxsus adət-ənənələrlə Novruz günü bayram edirlər. Evlərin yenidən rənglənməsi, dost-tanışların ziyarət edilməsi, simvolik yeməklərin hazırlanması kimi ayin və adətlərin yerinə yetirilməsi yenilənmə ruhu ilə zəngindir və bu yalnız bu bayramı qeyd edənlərə deyil, bütün insanlara ilham verərək onları ruhlandıra bilər", - müraciətdə bildirilir.

Bu bayram artıq 3000 ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin, Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini alqışlayıb.

Xəbər lenti

Xəbər lenti