...

Novruz bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin nümayəndələri qaçqın və məcburi köçkünlərə sovqat aparıb

Siyasət Materials 16 Mart 2010 16:56 (UTC +04:00)
DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN nümayəndələri Sabirabad rayonundakı Şəhriyar köçkün düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
Novruz bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin nümayəndələri qaçqın və məcburi köçkünlərə sovqat aparıb

Azərbaycan, Bakı, 16 mart / Trend /

Novruz bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin nümayəndələri Sabirabad rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərə sovqat aparıb.

DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN nümayəndələri Sabirabad rayonundakı Şəhriyar köçkün düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüb.

Nazir müavini doğma yurdlarından erməni təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını, ən səmimi duyğularını çatdırıb.

Qaçqın və məcburi köçkünlərlə, əhalinin sosial müdafiə cəhətdən zəif təmin olunmuş hissəsi ilə belə görüşlərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi və tapşırığı ilə keçirildiyini vurğulayan polis general-leytenantı Əsgər Ələkbərov son illər cəmiyyət həyatının sahələrində ciddi islahatların həyata keçirildiyni, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkədə dönməz sabitliyin yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulayıb, yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurdlarına qayıdacaqlarına əminliyini bildirib.

Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatlıq vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə çatdırılıb.

Toplanmış vəsaitin qalan 23 min manatı isə Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Xəbər lenti

Xəbər lenti