...

Azərbaycanın dayanıqlı inkişafı hökumətin 2009-cu ildəki fəaliyyətinin kifayət qədər səmərəli olmasını bir daha təsdiq edir – hakim partiya

Siyasət Materials 17 Mart 2010 18:21 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabatının Milli Məclisdə müzakirə olunaraq qəbul edilməsinin ciddi əsasları var.
Azərbaycanın dayanıqlı inkişafı hökumətin 2009-cu ildəki fəaliyyətinin kifayət qədər səmərəli olmasını bir daha təsdiq edir – hakim partiya

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası hesab edir ki, hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabatının Milli Məclisdə müzakirə olunaraq qəbul edilməsinin ciddi əsasları var.

"2009-cu il dünya iqtisadi tarixinə ciddi beynəlxalq iqtisadi və maliyyə böhranı ili kimi daxil olub. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələr bu böhranın ağır nəticələrini bu günə qədər üzərlərində hiss edirlər. Bir sıra ölkələr isə böhranın vurduğu ziyanı hələ də aradan qaldıra bilməyiblər. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtsadiyyatı 2009-cu ildə 9,3 faizlik inkişaf nümayiş etdirib", - Trend -un məlumatına görə, çərşənbə günü Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, dünyada 2009-cu ildə ümumi böhran şəraitində müəyyən inkişaf nümayiş etdirən azsaylı ölkələrin adını çəkmək olar. "Amma rəqəmlərdən göründüyü kimi, Azərbaycanın inkişafı əhəmiyyətli dərəcədədir", - o deyib.

"Bütün bunların hamısı Azərbaycan hökumətinin 2009-cu ildəki fəaliyyətinin kifayət qədər səmərəli olması haqqında iddia irəli sürməyə ciddi əsaslar verir", - sədr müavini əlavə edib.

Onun fikrincə, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın uğurla həyata keçirilməsi bütün iqtisadi sahələrdə uğurların əldə edilməsi üçün əsaslar yaradıb. "Ölkəmizdə maliyyə-bank sisteminin fəaliyyətini və Azərbaycan milli valyutasının böhran dövründə qiymətdən düşməməsini səmərəli fəaliyyətin nümunəsi kimi göstərmək olar. Bu, sadəcə milli valyutanın dəyərinin saxlanmasında ifadə olunmur, eyni zamanda, Azərbaycanda böhran dövründə insanların həyat səviyyəsinin aşağı düşməməsində özünü göstərir. Ona görə də bu amil böhran ilində Azərbaycan iqtisadi fəaliyyətinin səmərəliliyinin göstərici kimi qeyd oluna bilər", - Əhmədov vurğulayıb.

Sədr müavini deyib ki, başqa ölkələrdə mövcud olan işsizlik problemi Azərbaycanda yaranmayıb. "İqtisadiyyat dayanıqlılıq nümayiş etdirməklə əslində yüksək göstəricilərin əldə olunması üçün əsaslar yaratmış oldu. Azərbaycan böhran ilində iqtisadi inkişaf nümayiş etdirən azsaylı ölkələrdən biridir. Hesab edirəm ki, bu məqam Azərbaycan hökumətinin 2009-cu ildəki fəaliyyətinin kifayət qədər səmərəli olduğunu şərtləndirən amillərdən biridir. Ötən il enerjidaşıyıcılarının qiymətinin xeyli aşağı düşməsi də ölkəmizin inkişaf tempini azalda bilmədi. Bu da onu göstərir ki, neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, qeyri-neft sektorunun inkişafı üçün ciddi baza yaradılıb. Bu gün ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı təmin edilir. Uğurla başa çatan 2009-cu il 2010-cu ilin uğurlarını təmin etmək üçün ciddi əsas rolunda çıxış edir", - Əhmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti