...

Polşa Səfirliyi gənc azərbaycanlı pianoçunu təltif edib

Siyasət Materials 18 Mart 2010 15:33 (UTC +04:00)
Polşa Respublikasının Azərbaycandakı Səfirliyi Azərbaycanda Şopen ili çərçivəsində keçirilmiş müsabiqənin iştirakçısı, azərbaycanlı gənc istedadlı pianoçu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Nərmin Nəcəflinin təltif olunması mərasimini keçirib. Polşa səfiri Kşiştof Krayevski gənc istedad sahibinə diplom və hədiyyələr təqdim edib.
Polşa Səfirliyi gənc azərbaycanlı pianoçunu təltif edib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir T.Konyayeva/

Polşa Respublikasının Azərbaycandakı Səfirliyi Azərbaycanda Şopen ili çərçivəsində keçirilmiş müsabiqənin iştirakçısı, azərbaycanlı gənc istedadlı pianoçu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Nərmin Nəcəflinin təltif olunması mərasimini keçirib. Polşa səfiri Kşiştof Krayevski gənc istedad sahibinə diplom və hədiyyələr təqdim edib.

Polşa Respublikasının Səfirliyi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycanda Şopen ili çərçivəsində gənc istedadlı pianoçular üçün Şopen festivalı təşkil edir.

Təltifetmə mərasimində gənc pianoçunun anası, pedaqoq, əməkdar müəllim Adilə Rəhimova da iştirak edib.

"Mayın əvvəlində səfirlik Azərbaycanın regionlarında Şopen konsertlərinin keçirilməsini planlaşdırır. Məqsəd Azərbaycan xalqını dahi bəstəkarın musiqisi ilə tanış etməkdir", - Krayevski bildirib.

"Belə istedadlı musiqiçilərin Polşa bəstəkarının musiqisini bu qədər ürəkdən ifa etməsi bizim üçün böyük şərəfdir", - o əlavə edib.

"Mənim və ardıcıllarımın timsalında Polşa Səfirliyi Nərminin gələcək inkişafı üçün öz dəstəyini göstərəcək", - Krayevski deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti