...

AŞ PA monitorinq komitəsinin üzvləri milli azlıqlar üzrə QHT nümayəndələri ilə görüşüb

Siyasət Materials 23 Mart 2010 16:53 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin üzvləri Matias Yorş və Kastriot İslam bu gün milli azlıqlar məsələsi üzrə işləyən qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüblər.
AŞ PA monitorinq komitəsinin üzvləri milli azlıqlar üzrə QHT nümayəndələri ilə görüşüb

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirsxaliya/

Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin üzvləri Matias YorşKastriot İslam bu gün milli azlıqlar məsələsi üzrə işləyən qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüblər.

Qapalı görüş AŞ-nin Tbilisi ofisində keçirilib.

Görüşün sonunda Matias Yorş şərh verməkdən imtina edib. QHT nümayəndələrinin bildirdiyi kimi, Yorş milli azlıqların Gürcüstanda, xüsusilə də müharibədən sonra necə yaşamaları barədə maraqlanıb.

"Biz bildirmişik ki, milli azlıqlar da Gürcüstanın qalan əhalisi kimi bərabər hüqüqlara malikdir", - QHT nümayəndələri qeyd edib.

Əsas diqqət gürcü dilinin öyrənilməsinə yönəlib ki, bu da milli azlıqların gürcü cəmiyyətinin bir hissəsi olmağa imkan verir. Bununla əlaqədar olaraq, müvafiq təhsil sisteminin yaradılması məsələsinə diqqət yetirilib.

Xəbər lenti

Xəbər lenti