...

MDB ölkələri bir çox xarici siyasi məsələlər üzrə xeyli irəliləyiblər - Rusiya XİN

Siyasət Materials 26 Mart 2010 16:48 (UTC +04:00)
Bu gün Moskvada "Prezident" otelində MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) görüşü keçirilib. Xarici siyasət idarələrinin rəhbərləri əvvəlcə dar çərçivədə danışıqlar aparıblar, sonra nümayəndə heyəti təmsilçilərinin iştirakı ilə plenar iclasa toplaşıblar. Görüşə sədrlik edən Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, nazirlər məsələlərin bütün spektrini müzakirə ediblər. Bu məsələlər baxılmaq üçün MDB Hökumət və Dövlət Başçıları Şurasına çıxarılacaq.
MDB ölkələri bir çox xarici siyasi məsələlər üzrə xeyli irəliləyiblər - Rusiya XİN

Rusiya, Moskva, 26 mart / Trend , xüsusi müxbir İ.Bragina/

Bu gün Moskvada "Prezident" otelində MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) görüşü keçirilib. Xarici siyasət idarələrinin rəhbərləri əvvəlcə dar çərçivədə danışıqlar aparıblar, sonra nümayəndə heyəti təmsilçilərinin iştirakı ilə plenar iclasa toplaşıblar. Görüşə sədrlik edən Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, nazirlər məsələlərin bütün spektrini müzakirə ediblər. Bu məsələlər baxılmaq üçün MDB Hökumət və Dövlət Başçıları Şurasına çıxarılacaq.

MDB XİNŞ-in gündəliyinə 18 məsələ, o cümlədən, iqtisadi əməkdaşlığın, Qələbənin 65-ci ildönümünün bayram edilməsinin, həmçinin, cinayətkarlığa qarşı mübarizədə birgə tədbirlərin həyata keçirilməsinin müzakirəsi daxildir.

XİN başçıları Qazaxıstanın ATƏT-in sədri kimi fəaliyyətini dəstəkləyiblər və yeni Avropa Təhlükəsizliyi Haqqında Müqavilənin perspektivlərini müzakirə ediblər.

Sergey Lavrov MDB XİNŞ-in iclasına yekun vuraraq deyib ki, Birlik ölkələri müzakirə olunan bir çox xarici siyasi məsələlər üzrə xeyli irəliləyiblər və Avropa təhlükəsizliyi haqqında yeni müqavilənin irəliləməsiə dair Rusiyanın təşəbbüsünü dəstəkləyiblər.

MDB ölkələri Qazaxıstanın bütün təşəbbüslərinin irəliləməsində ona yardım göstərmək əzmində olduqlarını bildiriblər.

"ATƏT-in sədri kimi Qazaxıstanın rolu çox vacibdir, bu, xüsusilə də təşkilatın möhkəm prinsiplərinin, qərarların konsensus yolu ilə qəbulu prinsipinin saxlanmasında vacibdir. Təəssüf ki, ATƏT-in işində bəzi prinsipial məqamların yuyulub aparılması üzrə tendensiyalar da var", - Rusiyan XİN rəhbəri Lavrov qeyd edib.

Bundan əlavə, nazirlərin görüşü çərçivəsində seçkilərin gedişinə nəzarət mexanizmləri, MDB strukturlarının, MDB Parlament Assambleyasının bu prosesə fəal cəlb olunması müzakirə edilib. Rusiyalı nazirin sözlərinə görə, bu məsələ aktualdır, çünki bu il Birliyin bəzi ölkələrində seçki kampaniyaları nəzərdə tutulub.

XİNŞ-də humanitar sahədə əməkdaşlıq, həmçinin, iqtisadi əməkdaşlığın perspektivləri, əsasən, Birliyin inkişaf strategiyasının konsepsiyası müzakirə olunub.

MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev, inkişaf strategiyası məsələsini konkretləşdirərək deyib ki, 2007-ci ildən planlaşdırılan tədbirlərin 64 faizi yerinə yetirilib. Qalanları icra mərhələsindədir. "Bəzi çətinliklər beynəlxalq maliyyə böhranı ilə bağlıdır ki, bu bizim ölkələrə də toxunub", - o bildirib.

O, həmçinin, iclasda hər ilin dekabrında MDB ölkələri məktəblərində Birlik dərsinin keçirilməsi barədə təklifin irəli sürülməsi haqda danışıb.

Jurnalistlərin suallarını cavablandıran Rusiya XİN rəhbəri deyib ki, MDB təşkilatın işinin populyarlaşdırılması üçün piar strukturları cəlb etmək və "reklam agentliyi" yaratmaq niyyətində deyil. "Biz bundan yüksəkdə olacagıq və bundan sonra da öz işimiz haqqında vicdanla danışmaq niyyətindəyik; digərlərini də onun fəaliyyətini obyektiv işıqlandırmağa çağırırıq", - Lavrov bildirib.

Xəbər lenti

Xəbər lenti