...

İranın nüvə proqramına qarşı Rusiyanın mövqeyi dəyişməz qalır – Rusiya XİN-in nümayəndəsi

Siyasət Materials 1 Aprel 2010 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Konyayeva/

İranın nüvə proqramına qarşı Rusiyanın mövqeyi dəyişməz olaraq qalır və bu, mahiyyətcə diplomatik yolla nizamlanmadır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko deyib. Məlumatı Vesti telekanalı yayıb.

"Biz İran probleminin sanksiya yolu ilə həllinə inanmırıq, lakin Tehranı danışıqlar yoluna təhrik etmək üçün bəzən sanksiyadan da istifadə etmək lazımdır", - Nesterenko deyib.

O, həmçinin əlavə edib ki, sanksiyalardan istiyadəyə düşünülmüş şəkildə yanaşmaq lazımdır.

"Sanksiyalar "ağıllı" olmalıdır və bütün ölkəni cəzalandırmalı deyil. Bu cür tədbirlər dəqiq olmalıdır və nüvə silahının yayılmamasına yönəlməlidir", - o deyib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsinin nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. 2006-cı ildə İranın nüvə dosyası MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və TŞ İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti