Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tallindəki Vabaduze meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hərbi orkestrin ifasında Azərbaycan və Estoniyanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub və Estoniyanın müstəqilliyi uğrunda həlak olmuş azadlıq mübarizlərinin xatirəsini yad edib.
Aprelin 7-də Tallinndə Azərbaycan Prezidenti İlham Əliyev və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti Tallindəki Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət edib
Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tallindəki Vabaduze meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət edib.
