...

Vatikanda ilk dəfə olaraq Azərbaycan muğamı səsləndiriləcək

Siyasət Materials 9 Aprel 2010 18:35 (UTC +04:00)
Vatikanda ilk dəfə olaraq xalq artisti Alim Qasımovun ifasında Azərbaycan muğamı səsləndiriləcək.
Vatikanda ilk dəfə olaraq Azərbaycan muğamı səsləndiriləcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir S.Ağayeva/

Vatikanda ilk dəfə olaraq xalq artisti Alim Qasımovun ifasında Azərbaycan muğamı səsləndiriləcək.

Aprelin 15-də Vatikanda Müqəddəs Tomas Universitetində Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun ifasında konsert proqramı təşkil ediləcək. Proqram Azərbaycan səfirliyi, Azərbaycan Mədəniyyət və Turizim Nazirliyi və Vatikanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq. Bu barədə Azərbaycanın Fransadakı, həmçinin Müqəddəs Prestola akreditə olunmuş səfiri Elçin Əmirbəyov cümə günü Trend-ə bildirib.

"Növbəti həftə Vatikana səfər edəcək Azərbaycanın mədəniyyət və turizim naziri Əbülfəs Qarayevlə birgə Vatikanın mədəniyyət naziri arxiyepiskop Ravasi də muğam konsertində iştirak edəcək", - səfir deyib.

"Vatikan mədəniyyət nazirinin konsertdə iştirak etməsi Müqqəddəs Prestolun Azərbaycana verdiyi böyük əhəmiyyətin sübutudur", - diplomat qeyd edib.

Azərbaycan mədəniyyət nazirinin arxiyepiskop Ravasi ilə görüşəcəyi gözlənilir.

Səfirin sözlərinə görə, Vatikanın mədəniyyət nazirinin iyunda Azərbaycana səfəri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti