...

Azərbaycan Prezidenti Aİ-nin genişləndirmə və Avropa qonşuluq siyasəti üzrə komissarını qəbul edib

Siyasət Materials 9 Aprel 2010 17:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Avropa İttifaqının genişləndirmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Aİ-nin genişləndirmə və Avropa qonşuluq siyasəti üzrə komissarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Avropa İttifaqının genişləndirmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Avropa İttifaqının komissarı Ştefan Fülenin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında uğurla inkişaf edən əməkdaşlığı və həyata keçirilən proqramları müzakirə etmək üçün yaxşı fürsət yaratdığını deyib. Əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha çox sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinə toxunan Ştefan Füle bildirib ki, səfərinin məqsədi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, əlaqələrimizin daha da genişləndirilərək irəli aparılması ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarətdir.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, "Şərq tərəfdaşlığı" proqramı, energetika sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti