...

Gürcüstan Parlamentində "erməni soyqırımı" məsələsinə baxılmayacaq - Gürcüstan Parlamentinin deputatı Ramin Bayramov

Siyasət Materials 14 Aprel 2010 09:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel /Trend/

Gürcüstan Parlamentinin azərbaycanlı deputatları 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş "erməni soyqırımı"nın tanınması ilə bağlı Gürcüstanın erməni icmasının müraciətinə baxılmaması üçün hər şey edəcəklər. Bunu Trend-ə Gürcüstan Parlamentinin deputatı Ramin Bayramov deyib.

"Parlament Gürcüstanda  elə orqan deyil ki, orada bu məsələyə baxılması mümkün olsun", - o bildirib.

Bayramov qeyd edib ki, "Gürcüstan bu məsələyə baxılmasına ehtiyatla və obyektiv yanaşır, odur ki, parlament buna baxmayacaq".

Gürcüstan Parlamentinin deputatı qeyd edib ki, "gürcü həmkarları ilə sıx əlaqə saxlayır  və əmindir ki, parlamentdə bu məsələ müzakirə olunmayacaq".

Gürcüstanın erməni icması ölkə prezidentinə və parlamentinə müraciət edərək 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin müzakirəsini xahiş edib.

Erməni icmasının bəyanatında hakimiyyətə müvafiq qanun layihəsinin hazırlanması xahişi ilə  müraciət olunur.

Müraciət müəllifləri qeyri-hökumət təşkilatlarıdır.

Xəbər lenti

Xəbər lenti