Gürcüstan, Tbilisi, 14 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın Baş naziri Nika Gilauri aprelin 24-26-da İordaniyaya rəsmi səfər edəcək.
Hökumətin mətbuat xidmətindən verilən məlumata əsasən, Baş nazir ilə birlikdə İordaniyaya Nazirlər Kabinetinin iqtisadi komandası yollanacaq.
Səfərin detalları sonra məlum olacaq. Hazırkı mərhələdə artıq məlumdur ki, Gürcüstan tərəfi İordaniyanın işgüzar dairələrinin nümayəndələrini görüşdə Gürcüstanın investisya potensialı ilə tanış edəcək.