Azərbaycan Prezidenti Ukraynanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 20 Aprel 2010 15:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Ukraynanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Boris Klimçukun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin möhkəmləndiyini vurğulayaraq ötən dövr ərzində nəzərdə tutulan məsələlərin bir çox hissəsinin həyata keçirildiyini qeyd edib. Səfirin Azərbaycan-Ukrayna əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Boris Klimçuk ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Diplomat ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti