...

Tbilisi meri postuna namizəd seçkiqabağı kampaniyasına orijinal başlayıb

Siyasət Materials 27 Aprel 2010 17:04 (UTC +04:00)
Gürcüstanın hakim Milli Hərəkat Partiyası tərəfindən Tbilisi meri postuna namizədliyi irəli sürülmüş Qiqi Uqulava öz seçkiqabağı kampaniyasına orijinal başlayıb.
Tbilisi meri postuna namizəd seçkiqabağı kampaniyasına orijinal başlayıb

Gürcüstan, Tbilisi, 27 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın hakim Milli Hərəkat Partiyası tərəfindən Tbilisi meri postuna namizədliyi irəli sürülmüş Qiqi Uqulava öz seçkiqabağı kampaniyasına orijinal başlayıb. O, səhər saat 06:00-da ət doğrayıb, onu satıb, çörək bişirib və nəhayət kinoteatrın vitrinini yuyub.

Səhər tezdən mer bazara gəlib, ət doğrayıb və hətta 15 kiloqram ət sata bilib.

Uqulava daha sonra gürcü çörəyi, lavaş və şirin çörək bişirilən özəl çörək sexinə gəlib.

Mer buradan da "Amirani" kinoteatrına yollanıb və binanın şüşələrini yumaqda xidmətçilərə kömək edib.

Uqulava jurnalistlərə bildirib ki, seçkilərə qədər o bu minvalla digər sahələrin də mütəxəssislərinin problemləri ilə tanış olmaq və daha sonra həmin problemlərin həllində kömək göstərmək üçün onlarla görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti