Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Hüseynbala/ Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında baş prokurorun təsdiq edilməsi ilə bağlı qanun layihəsi qəbul olunub.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti baş prokurorun təsdiq edilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə göndərib.
Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti aprelin 25-də başa çatıb. Qaralov Azərbaycanın baş prokuroru vəzifəsinə 2000-ci il aprelin 25-də təsdiqlənib. O, iki müddətə bu vəzifəni icra edib.
Ötən il "Prokurorluq haqqında" qanuna dəyişiklik edilərək, sənədin 16-cı maddəsinin 2-ci hissəsindən "Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz", - cümləsi çıxarılıb.
Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir.
Azərbaycan Parlamenti baş prokurorun təsdiq edilməsi ilə bağlı qanun layihəsini qəbul edib
Azərbaycan Parlamenti baş prokurorun təsdiq edilməsi ilə bağlı qanun layihəsini qəbul edib
