...

Serbiya Prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

Siyasət Materials 29 Aprel 2010 16:08 (UTC +04:00)
Serbiya Prezidenti Boris Tadiç mayın 12-13-də Azərbaycana ilk dəfə rəsmi səfər edəcək. Bu barədə cümə axşamı diplomatik mənbədən Trend-ə bildiriblər.
Serbiya Prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir S.Ağayeva/

Serbiya Prezidenti Boris Tadiç mayın 12-13-də Azərbaycana ilk dəfə rəsmi səfər edəcək. Bu barədə cümə axşamı diplomatik mənbədən Trend-ə bildiriblər.

Səfər zamanı iki ölkə arasında əməkdaşlıq prespektivlərinin yüksək səviyyədə müzakirəsi və bir sıra sənədlərin imzalanması gözlənilir. Bu barədə Serbiya Prezidenti Boris Tadiç Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ilə görüş zamanı bildirmişdi.

Azərbaycanlı səfirin etimadnaməsini qəbul edən Boris Tadiç Azərbaycana qarşıda duran səfəri barədə bildirib və qeyd edib ki, Prezident İlham Əliyevi Serbiyada görməkdən şad olardı. Bu barədə bir müddət əvvəl Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilmişdi.

Azərbaycan Serbiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bunu Azərbaycan tərəfinin mayın 28-nə təyin edilən Serbiyada Azərbaycan səfirliyinin açılması barədə qərarı sübut edir.

Azərbaycanın Serbiyadakı səfiri ölkənin Rumıniyadakı diplomatik missiyasının rəhbəri Eldar Həsənovdur.

Xəbər lenti

Xəbər lenti