...

Türkiyə-Azərbaycan əlaqələrinə heç kim xələl yetirə bilməz - deputat Rəşad Doğru

Siyasət Materials 1 May 2010 14:05 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan deputatı Rəşad Doğru hesab edir ki, Türkiyə-Azərbaycan əlaqələrinə heç kim xələl yetirə bilməz.
Türkiyə-Azərbaycan əlaqələrinə heç kim xələl yetirə bilməz - deputat Rəşad Doğru

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Rəşad Doğru hesab edir ki, Türkiyə-Azərbaycan əlaqələrinə heç kim xələl yetirə bilməz.

"Mehmet Əli Birant Milliyətçi Hərəkat Partiyası tərəfindən sevilməyən birisidir. Türkiyə və Azərbaycan iki dövlət bir millətdir və heç kim bu qardaş dövlət əlaqələrinə heç bir şəkildə xələl gətirə bilməz", - Rəşad Doğru Ankaradan telefonla Trend-ə bildirib.

Trend -in arayışı: Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi Türkiyə və Azərbaycan əleyhinə olan qüvvələri bərk narahat edir.

Türkiyəli yazar Mehmet Əli Birant davamlı olaraq antiazərbaycan təbliğatı aparır, Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlər olduğunu isbat etməyə çalışır, öz primitiv məntiqi ilə Azərbaycanın Türkiyənin maraqlarının müdafiəsi istiqamətində heç nə etmədiyini bildirir.

Birantın "Hürriyyət" qəzetinin 15 aprel 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsində irəli sürdüyü iddialara Azərbaycan mətbuatı əsaslandırılmış arqumentlərlə cavab verdi. Lakin onun "Hürriyyət"in 28 aprel tarixli nömrəsində dərc olunmuş məqaləsi göstərir ki, bu şəxs qərəzli şəkildə Azərbaycan-Türkiyə münasibətlərini təftiş etmək, imkan daxilində mövcud əlaqələrə zərbə vurmaq üçün təlimatlandırılıb.

Doğrunun sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından bəzi qüvvələr və bəzi dövlətlər narahatdır və antitürkiyə və antiazərbaycan qüvvələrə öz fikirlərini yaymağa imkan verməmək üçün həm Azərbaycan, həm də Türkiyə rəsmiləri bütün sahələrdə sıx-sıx əməkdaşlıq etməlidirlər.

"Birant TRT televiziya qurumundan oğurluq edən və daha sonra bu səbəbdən işdən qovulmuş birisidir və hesab edirəm ki, onun yazdıqlarına və iki dövlət (Azərbaycan-Türkiyə) əlaqələri barədə görüşlərinə bir o qədər də fikir vermək lazım deyil", - o əlavə edib.

Doğru onu da qeyd edib ki, heç kimin Azərbaycan-Türkiyə əlaqələrini pozmağa haqqı yoxdur.

Xəbər lenti

Xəbər lenti