...

Azərbaycan Dövlət Miqrasiya Xidməti ötən ay 668 əcnəbinin ölkəni tərk etməsi ilə bağlı qərar qəbul edib

Siyasət Materials 5 May 2010 11:57 (UTC +04:00)
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zərnişan Əhmədova çərşənbə günü Trend-ə bildirib ki, aprel ayında keçirilmiş tədbirlər nəticəsində 1 260 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib
Azərbaycan Dövlət Miqrasiya Xidməti ötən ay 668 əcnəbinin ölkəni tərk etməsi ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Miqrasiya Xidməti cari ilin aprel ayında 668 əcnəbinin 48 saat ərzində ölkəni tərk etməsi ilə bağlı qərar qəbul edib.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zərnişan Əhmədova çərşənbə günü Trend-ə bildirib ki, aprel ayında keçirilmiş tədbirlər nəticəsində 1 260 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 525 nəfərin cərimə edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

67 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar çıxarılıb.

Ötən ay DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma, müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 823 müraciət daxil olub.

Xəbər lenti

Xəbər lenti