...

Yaxın vaxtlarda Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq – Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 May 2010 13:26 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan arasında viza rejimi yaxın vaxtlarda ləğv olunacaq. Bu barədə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib, - Türkiyənin Cihan İnformasiya Agentliyi məlumat yayıb.
Yaxın vaxtlarda Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq – Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Türkiyə ilə Azərbaycan arasında viza rejimi yaxın vaxtlarda ləğv olunacaq. Bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Türkiyənin Cihan İnformasiya Agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, viza rejiminin ləğvi məsələlərində Türkiyə ilə Azərbaycanın yaxınlaşması Bakı tərəfindən müsbət qarşılanır və bütün bu məsələlər tezliklə həll olunacaq.

"Hər iki ölkə XİN-i bu istiqamətdə iş aparır və inanıram, yaxın vaxtlarda məsələ həll olunacaq ", - Əli Həsənov deyib.

Onun sözlərinə görə, söhbət təkcə viza rejimini ləğvindən deyil, həm də hərbi-strateji əməkdaşlıqdan gedir.

"Əgər Ermənistanla Rusiya arasında hərbi-strateji əməkdaşlıq mövcuddursa, nəyə görə Azərbaycanla Türkiyə arasında olmasın?" - Həsənov hesab edir.

Prezident Administrasiyasının nümayəndəsi Ankaranın Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi iştirakını da qeyd edib. Onun sözlərinə görə, son vaxtlar Türkiyə daha tez-tez bu məsələni beynəlxalq arenada qaldırır və Bakının məhz bunu Ankaradan gözlədiyini bəyan edib.

"Biz Türkiyədən məhz belə addımlar gözləyirdik. Baş nazir Rəcəb Tayyib Ərdoğan, Prezident Abdullah Gül, xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin digər rəsmi şəxsləri bütün beynəlxalq arenalarda bəyan edirlər ki, Azərbaycanın problemi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq və öz sözlərinin üstündə dururlar. Biz onların hamısına minnətdarıq. Azərbaycan xalqı məhz bunu gözləyirdi", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti