...

Arif Paşayev: "Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalniz onu arzu edənlərin birliyindədir"

Siyasət Materials 7 May 2010 19:23 (UTC +04:00)
Milli Aviasiya Akademiyasının rektoru, “Azərbaycan dünyası” beynəlxalq jurnalının Ali Şurasının sədri, akademik Arif Paşayev Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə jurnalın oxucularına müraciət etmişdir
Arif Paşayev: "Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalniz onu arzu edənlərin birliyindədir"

Milli Aviasiya Akademiyasının rektoru, "Azərbaycan dünyası" beynəlxalq jurnalının Ali Şurasının sədri, akademik Arif Paşayev Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyi münasibətilə jurnalın oxucularına müraciət etmişdir. Məlumatı AzərTac Dövlət Informasiya Agentliyi yayıb.

Bu ölüm-dirim müharibəsinin ideoloqlarının əsas niyyətlərini açıqlayan akademik yazır ki, yarandığı ilk dövrlərdən etibarən bəşəriyyət çoxsaylı munaqişələrin və muharibələrin şahidi olmuş, onların törətdiyi fəsadların ağrı-acısını yaşamışdır. Aparılmış araşdırmalar deməyə əsas verir ki, XX əsrdə baş vermiş İkinci Dünya muharibəsi öz miqyasına gorə cahan tarixinin bütün muharibələrini geridə qoymuşdur. Məlumdur ki, onun ideoloqlarının əsas niyyəti dünyaya ağalıq etmək və insanlığı faşizmin köləsinə cevirmək idi. Lakin 65 il öncə 1945-ci il may ayının 9-da Tanrı tərəfindən insanlara bəxş edilmiş təməl prinsiplərini ayaqlar altına salmaq istəyən və aləmi özunə ram etmək arzusunda olan faşizm hərəkatının qarşısı tam alınmışdır.

Bəşər tarixində ən qanlı savaşlardan birinin döyüş meydanlarında şücaət göstərmiş soydaşlarımızın əziz xatirəsini yad edən akademik A.Paşayev bu böyük Qələbənin qazanılmasında Bakı neftçilərinin sonsuz qəhrəmanlığından söhbət açmışdır. Məlum olduğu kimi, bəşəriyyərin qanına susayan faşizmin başlıca məqsədlərindən biri də Bakı şəhərinin işğal edilməsi olduğunu vurğulayan akademik yazır ki, məqsəd sovet texnikasını yanacaqsız qoymaq və bununla muharibənin taleyini həll etmək idi. Niyyətinə nail ola bilməyən faşistlərə ən böyük zərbəni də məhz Bakının qəhrəman neftciləri vurmuşlar. Bakı nefti bu savaşda duşmənə qarşı muqavimət gostərmək üçün əsas zərurətlərdən biri kimi tarixi prosesə ciddi təsir gostərmişdir. Lakin təəssüf ki, paytaxtımız öz layiqli adını - "Qəhrəman şəhər" statusunu almamışdır. Bu tarixi ədalətsizlikdir və gec də olsa aradan qaldırılmalıdır.

Milli Aviasiya Akademiyasının rektoru vurğulamışdır ki, həmin dovrdə Azərbaycan alimləri tərəfindən yuksək oktanlı aviasiya

yanacağı hazırlanmışdır. Sovet aviasiyası məhz sozugedən kəşfdən sonra cəbhədə duşmənə ağır zərbələr endirməyə muvəffəq olmuşdur. Bu məqsədlə xalqımızın qəhrəman övladlarının, alimlərinin və döyüş zamanı hər 10 texnikadan 8-ni hərəkətə gətirə bilən "Qara qızıl"ımızın oynadığı rolu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq vacibdir.

Arif Paşayev qeyd etmişdir ki, bütün muharibələr sonda haqqın qələbəsi ilə nəticələnir. Hazırda ildönümünü qeyd etdiyimiz Qələbə də ədalətin Qələbəsidir. Azərbaycanın erməni təcavüzünə məruz qaldığını vurğulayan müəllif bu ədalətsiz müharibədə də haqqın zəfər çalacağına əmin olduğunu bildirmişdir ki, İkinci Dünya muharibəsində qəhrəmanlıq gostərmiş Azərbaycan övladlarının davamçıları da bu işğalla heç vaxt barışa, Vətəninin bir qarışını belə kimsə ilə boluşə bilməzlər.

Müstəqil ölkəmizdə şanlı Qələbə bayramının alın açıqlığı ilə qeyd olunduğunu deyən akademik Arif Paşayev Azərbaycan xalqını Böyük Qələbə naminə birliyə çağırmışdır. O deyir: Tarixi qələbənin əldə olunmasında yuksək qəhrəmanlıq nümayiş etdirmiş, əbədi təşəkkurə və təqdirəlayiq olan bütün xalqların qarşısında baş əyir, ali şərəf hissi ilə bir daha Qələbə bayramınızı təbirk edirəm. Birliyimiz olmasaydı, bu qələbə də olmazdı.

Vətənini azad gormək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir".

Xəbər lenti

Xəbər lenti