...

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi gözlənilmir – Parlament Aparatının rəhbəri Səfa Mirzəyev

Siyasət Materials 11 May 2010 09:00 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi gözlənilmir
Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi gözlənilmir – Parlament Aparatının rəhbəri Səfa Mirzəyev

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti Aparatının sədri bəyan edib ki, Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi gözlənilmir.

"Parlament seçkisinə az vaxt qalıb, artıq bir azdan seçki kampaniyası başlayacaq", - bazar ertəsi Trend-ə eksklüziv açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirəzyev bildirib.

Trend-in arayışı: Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bir müddət əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan hökuməti ATƏT-in, Venesiya Komissiyasının tövsiyələrinin 90 faizinə qədərini Seçki Məcəlləsində tətbiq edib.

ATƏT və Avropa Şurasının Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılması, seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi, onlara baxılması mexanizmlərinin tənzimlənməsi və digər məsələlərlə bağlı tövsiyələr edib. Azərbaycan müxalifəti isə seçki komissiyalarının paritet əsasda formalaşdırılması ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməsini istəyir.

Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.

Mirzəyevin fikrincə, hazırda Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Avropa Şurasının Venesiya Komissiyası ilə hər hansı müzakirələrin aparılması da gözlənilmir.

Onun sözlərinə görə, yalnız bəzi prosedur məsələlərlə bağlı seçki qanunvericiliyinə dəyişiklik edilə bilər.

"Məsələn, şlikayətlərə baxılması ilə bağlı məsələlərə baxıla bilər. Qalan məsələlər isə necə var, elə də qalacaq", - Aparat rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti