...

Buxarestdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi anım mərasimi keçirilib

Siyasət Materials 11 May 2010 14:49 (UTC +04:00)
Buxarestdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mərasim keçirilib
Buxarestdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/

Buxarestdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Böyük lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbirdə səfirliyin, Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyinin, Rumıniya - Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya - Azərbaycan Ticarət Palatasının, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin, Azərbaycan - Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının əməkdaşları, həmvətənlərimiz, rumın, türk və tatar ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycanın Buxarestdəki Səfirliyindən məlumat verilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük liderin xalqın müstəqilliyi, suverenliyi və çiçəklənməsi yolunda ağır mübarizədə keçən çətin və şərəfli ömür yolu barədə danışıblar. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın əsasının Heydər Əliyev tərəfindən qoyulduğu xüsusi qeyd edilib.

Daha sonra mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar, onun xatirəsinə ehtiramlarını ifadə ediblər.

Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyinin binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub, böyük lider haqqında sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti