Azərbyacan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyası parlament seçkilərində iştirak edəcək növbəti on nəfər deputatlığa namizədin adını açıqlayıb.
"İdarə Heyətinin iclasında partiya üzvləri Novruz Əlixanovun 13 saylı Əzizbəyov birinci, Ələkbər Səfərovun 19 saylı Nərimanov və Nizami Abdullayevin 33 saylı Xətai birinci seçki dairələrindən namizədlər siyahısına daxil edilməsi razılaşdırılb", - çərşənbə günü Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən bildirilib.
Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
ADP indiyə qədər deputatlığa namizədliyi irəli sürüləcək 21 nəfərin adlarını müəyyənləşdirib.
Partiyanın digər üzvləri Qəşəm Abışov 43 saylı Sumqayıt, Bahadur Hacıyev 44 saylı Sumqayıt-Abşeron, Əli Rəfiyev 47 saylı Mingəçevir, Nazilə Soltanova 50 saylı Quba-Xızı-Şabran dairələrindən namizəd olacaqlar. "Rauf Hacıyev 64 saylı Sabirabad ikinci, Daşqın Nuriyev 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, Məcid Yusifov 112 saylı Qax seçki dairələrindən namizədliklərini irəli sürəcəklər", - məlumatda vurğulanır.