...

Azərbaycan Prezidenti Liviya başçısına başsağlığı verib

Siyasət Materials 12 May 2010 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Liviya İnqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafiyə başsağlığı verib.
Azərbaycan Prezidenti Liviya başçısına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Liviya İnqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafiyə başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Tripoli beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Liviya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin", - başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti