...

Azərbaycan Parlamentinin deputatı Ümumdünya Qlobal Qadın Sammitində iştirak edəcək

Siyasət Materials 17 May 2010 21:41 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal Qadın Sammitində iştirak etmək üçün mayın 17-dən 23-dək Çin Xalq Respublikasına səfər edəcək. Bu barədə bazaar ertəsi Milli Məclisin rəsmi internet saytı məlumat yayıb.
Azərbaycan Parlamentinin deputatı Ümumdünya Qlobal Qadın Sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya Qlobal Qadın Sammitində iştirak etmək üçün mayın 17-dən 23-dək Çin Xalq Respublikasına səfər edəcək. Bu barədə bazaar ertəsi Milli Məclisin rəsmi internet saytı məlumat yayıb.

Pekin şəhərində keçiriləcək, 1000 nəfərə yaxın qadının qatılacağı tədbirdə deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlar və problemlər barədə danışacaq.

Səfər müddətində Qənirə Paşayeva tədbirdə iştirak edən qadın millət vəkilləri, ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşlər keçirəcək, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı, minlərlə qadının öz doğma yurd-yuvasından didərgin düşməsi, əsir və girov götürülməsi barədə məlumatları onların diqqətinə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti