...

Nino Burcanadze aeroportda onun baqajına saatyarımlıq baxışın səbəbləri ilə maraqlanmağa hazırlaşır

Siyasət Materials 19 May 2010 14:13 (UTC +04:00)
"Demokratik hərəkat - vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze Tbilisi Beynəlxalq Hava Limanında onun baqajına saatyarımlıq baxışın səbəbləri ilə maraqlanmağa hazırlaşır. Eyni zamanda o, alman tərəfinin həqiqətənmi onun baqajının yoxlanmasını tələb etdiyini də araşdırır.
Nino Burcanadze aeroportda onun baqajına saatyarımlıq baxışın səbəbləri ilə maraqlanmağa hazırlaşır

Gürcüstan, Tbilisi, 19 may /Trend, müxbir N.Kirsxaliya/

"Demokratik hərəkat - vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze Tbilisi Beynəlxalq Hava Limanında onun baqajına saatyarımlıq baxışın səbəbləri ilə maraqlanmağa hazırlaşır. Eyni zamanda o, alman tərəfinin həqiqətənmi onun baqajının yoxlanmasını tələb etdiyini də araşdırır.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sabah Burcanadze Almaniyanın Gürcüstandakı Səfirliyinə, Münhen aeroportunun Təhlükəsizlik Xidmətinə, aeroportun administrasiyasına və Almaniya Federal Polisinə Tbilisi Beynəlxalq Hava Limanındakı bu gün baş vermiş insidentlə bağlı müvafiq sorğu göndərəcək. Tbilisiyə gələrkən o öz baqajını saatyarım gözləməli olub.

Burcanadzenin sözlərinə görə, Tbilisi Beynəlxalq Hava Limanında ona bildiriblər ki, onun baqajı alman tərəfinin tələbi ilə baxışdan keçirilir.

Xəbər lenti

Xəbər lenti