...

Gürcüstanın Xarici İşlər Nazirliyi Fransadan siyasi dəstək gözləyir

Siyasət Materials 31 May 2010 17:11 (UTC +04:00)
Gürcüstan Xarici İşlər Nazirliyi Prezident Mixail Saakaşvilinin Fransaya planlaşdırılan səfərinə böyük əhəmiyyət verir.
Gürcüstanın Xarici İşlər Nazirliyi Fransadan siyasi dəstək gözləyir

Gürcüstan, Tbilisi, 31 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Xarici İşlər Nazirliyi Prezident Mixail Saakaşvilinin Fransaya planlaşdırılan səfərinə böyük əhəmiyyət verir.

Xarici işlər nazirinin müavini Nino Kalandadzenin bu gün brifinqdə səsləndirdiyi bəyanata görə, bu, yüksək səviyyəli səfər olacaq və bu səfərdən onlar siyasi dəstəyin gələcəkdə davam etdiriləcəyini gözləyirlər.

Mixail Saakaşvili iyunun 6-da üçgünlük səfərlə Parisə yollanacaq.O, Fransa Prezidenti Nikola Sarkozi, xarici işlər naziri Bernar Kuşner və digər rəsmi şəxslərlə görüşəcək.

Həmçinin Gürcüstan Prezidentinin Fransanın aparıcı universitetlərində və araşdırma mərkəzlərində çıxışı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti