...

Danimarkada Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümü qeyd olunub

Siyasət Materials 31 May 2010 17:59 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikasının Böyük Britaniyada yerləşən, eyni zamanda, Danimarkada akkreditə olunmuş səfirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Danimarkada yaşayan Azərbaycan icmasının birgə təşkilatçılığı ilə baş tutub.
Danimarkada Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki "Ratuşa" meydanında Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümü, Respublika Günü münasibətilə bayram tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikasının Böyük Britaniyada yerləşən, eyni zamanda, Danimarkada akkreditə olunmuş səfirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Danimarkada yaşayan Azərbaycan icmasının birgə təşkilatçılığı ilə baş tutub.

Trend-in arayışı: Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci il may ayının 28-də yaradılıb. AXC-nin ikiillik müstəqilliyi dövründə Azərbaycanda bir sıra islahatlar həyata keçirilib, dünyanın müxtəlif dövlətləri ilə iqtisadi və siyasi əməkdaşlıq haqqında müqavilələr imzalanıb. 1920-ci il aprel ayının 28-də sovet qoşunlarının Azərbaycanı işğal etməsi ilə AXC süquta uğrayıb və öz yerini Azərbaycan SSR-ə verib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müsətqiliyii yenidən bərpa olunub.

Bayram tədbirində bu ölkədə yerləşən diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, habelə çoxsaylı Azərbaycan və türk icmasının nümayəndələri iştirak eib.

Tədbirdə çıxış edən səfir Fəxrəddin Qurbanov bu günün tarixi əhəmiyyətindən danışıb və soydaşlarımıza bayram təbriklərini çatdırıb. Respublika Gününün Azərbaycan dövlətçiliyi və müstəqilliyimizin tarixində mühüm hadisə olduğunu qeyd edib.

Tədbirin gedişində açıq havada Azərbaycan mədəniyyəti, milli mətbəximiz, milli musiqi alətlərindən ibarət illüstrasiyalı fotosərgi təşkil olunub və iştirakçılara bayram şirniyyatı paylanıb. Tədbirdə həmçinin Azərbaycan tarixinin qədim və müasir dövrü, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri barədə məlumat verilib.

Sonda Dövlət Rəqs Ansamblının bir qrup üzvü, habelə əməkdar artist Azərinin iştirakı ilə geniş konsert proqramı nümayiş etdirilib. Bayram tədbiri xüsusilə yerli sakinlərin böyük rəğbətinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti