...

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Siyasət Materials 1 İyun 2010 20:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün Azərbaycan-İtaliya dövlətlərarası münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.

İlham Əliyev Corcio Napolitanoya ən xoş arzularını yetirib, dost İtaliya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti