...

Azərbaycan vətəndaşlarının "Azadlıq donanması" beynəlxalq konvoyunda iştirakı Azərbaycan və İsrail arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək – səfir

Siyasət Materials 2 İyun 2010 14:34 (UTC +04:00)
İki Azərbaycan vətəndaşının "Azadlıq donanması" beynəlxalq konvoyunda iştirakı Azərbaycan və İsrail arasındakı münasibətlərə heç bir təsir etmir. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın İsraildəki səfiri Mixail Lavokn-Lotem məlumat verib.
Azərbaycan vətəndaşlarının "Azadlıq donanması" beynəlxalq konvoyunda iştirakı Azərbaycan və İsrail arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək – səfir

İki Azərbaycan vətəndaşının "Azadlıq donanması" beynəlxalq konvoyunda iştirakı Azərbaycan və İsrail arasındakı münasibətlərə heç bir təsir etmir. Bu barədə çərşənbə günü jurnalistlərə İsrailin Azərbaycandaki səfiri Mixail Lavokn-Lotem məlumat verib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti tərəfindən saxlanılan "Azadlıq donanması" gəmilərindəki iki Azərbaycan vətəndaşı İsraildə məhbuslar üçün xüsusi ayrılmış yerdədirlər və yaxın reyslərdən biri ilə geriyə yola salınacaqlar.

Trend-ə Azərbaycanın İordaniyadakı Səfirliyindən bildirilmişdi ki, adları hələlik məlum olmayan iki Azərbaycan vətəndaşı dünən gecə İsraildən İordaniyaya deportasiya olunub. Onlar hələ Əmmana gəlməyiblər.

Deportasiya prosesi çərşənbə günü gecə başlayıb, ikisi azərbaycanlı olan 124 xarici vətəndaş artıq İsrail - İordaniya sərhədindədir, lakin onların adları və yaşları barədə hələlik məlumat yoxdur. Diplomatik nümayəndəlikdən belə deyilib.

Azərbaycan Səfirliyi Əmmana gələndən sonra, öz vətəndaşlarına zəruri olan bütün yardımı göstərəcək.

Bundan əvvəl Trend-ə İsrail XİN-in rəsmi nümayəndəsi bildirmişdi ki, əgər iki Azərbaycan vətəndaşı İsraili könüllü olaraq tərk etmək istəyibsə, onlar "Azadlıq donanması" karvanının iştirakçısı olan və deportasiya edilmiş digər yerdə xarici vətəndaşların arasında İordaniyada ola bilərlər. Bu barədə Trend-ə İsrail XİN-in rəsmi nümayəndəsi Yerusəlimdən telefonla məlumat verib.

"Donanma"nın bütün iştirakçılarının ölkədən mümkün qədər tez çıxıb-getməsi İsrailin marağındadır. Ona görə də İsrail hakimiyyəti ilə əməkdaşlığa gedən və ölkəni könüllü tərk edənlərin hamısı İordaniyaya göndərilib və ola bilsin, orada qalırlar", - İsrail XİN-in nümayəndəsi qeyd edib.

Lakin o, iki Azərbaycan vətəndaşının şəxsiyyəti barədə ətraflı məlumat verməkdən imtina edib.

Onun sözlərinə görə, əvvəlki kimi, İsraildə donanmanın yalnız sürgündən könüllü imtina edən iştirakçıları qalıb.

Azərbaycan XİN İsrail tərəfindən saxlanılan "Azadlıq donanması"nın gəmilərindəki azərbaycanlıların şəxsiyyətini dəqiqləşdirir. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

İsrail mətbuatının ölkə DİN-in məlumatına istinadən verdiyi məlumata görə, sürgünə 682 fəal məruz qalıb; onlardan 45 nəfəri deportasiyaya könüllü razılıq verib və ölkəni çərşənbə axşamı tərk edib. Bu barədə "RİA-Novosti" yazır.

"Qərara alınıb ki, qanunla müəyyən olunmuş prosedurlara görə, saxlanılanlar dərhal sürgün edilsinlər. İsrail DİN-dən elan edilib ki, sürgün bu axşamdan başlayır və gözlənildiyinə görə, təxminən, 48 saat ərzində davam edə bilər", - İsrail hökumətinin bəyanatında deyilir.

Dünya birliyinin dərhal azad olunmalarını tələb etdikləri həbs olunanların taleyi İsrailin əsas nazirlik və güc idarələri rəhbərləri forumu olan hərbi-siyasi kabinetin iclasında həll ediləcək.

Mühasirədə olan Qəzza sekoruna fələstinliləri dəstəkləyən fəalları və tonlarla humanitar yük aparan altı gəmidən ibarət karvan bazar ertəsinə keçən gecə İsrail HDQ-in xüsusitəyinatlıları tərəfindən ələ keçirilib. Əməliyyat zamanı 9 səfər iştirakçısı həlak olub, onlarca adam yaralanıb. Səfər iştirakçılarının müqaviməti ilə qarşılaşan yeddi İsrail əsgəri də yaralanıb.

İsrail DİN-in məlumatına görə, donanmanın ələ keçirilməsindən sonra, azı, 40 ölkənin nümayəndəsi İsrail həbsxanalarındadır. Onların yarıdan çoxu Türkiyə vətəndaşıdır.Yerdə qalanlar Avstraliya, Azərbaycan, Əlcəzair, Bəhreyn, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yəmən, Kanada, Küveyt, Livan, Mavritaniya, Makedoniya, Malayziya, Mərakeş, Niderland, Yeni Zellandiya, Norveç, Oman, Pakistan, Serbiya, Suriya, ABŞ, Fransa, Çexiya, İsveç, CAR vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti