...

Avropa İttifaqı Azərbaycanda təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım edib

Siyasət Materials 3 İyun 2010 20:55 (UTC +04:00)
Avropa Komissiyası Azərbaycanda təbii fəlakətlərdən əziyyət çəkən insanlara kömək etmək məqsədilə 65 min avro vəsait ayırıb.
Avropa İttifaqı Azərbaycanda təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım edib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Avropa Komissiyası Azərbaycanda təbii fəlakətlərdən əziyyət çəkən insanlara kömək etmək məqsədilə 65 min avro vəsait ayırıb. Bu barədə Aİ-nin ölkədəki nümayəndəliyinin məlumatında deyilir.

"Bu yardım Sabirabad rayonunun kəndlərindən təbii fəlakət nəticəsində köçürülmüş təxminən 2 200 adamın ərzaq və məişət əşyaları ilə (qaz sobası, yataq ləvazimatları, şəxsi gigiyena vasitələri) təmin olunmasına yönəlib", - məlumatda deyilir.

Leysan yağışları mayın əvvəlində on gün ərzində Azərbaycanın mərkəz və cənub bölgələrində yeddi rayonda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Üç nəfər həlak olub, ümumilikdə isə təbii fəlakət 70 000 adama ziyan vurub. 20 000-ə yaxın ev su altında qalıb və 50 000 hektara yaxın şumlanmış torpaq və otlaq sahəsi su altında qalıb. Ən çox ziyan Sabirabada dəyib. Burada fəlakətdən 24 000 adam əziyyət çəkir. Hökumət Azərbaycandakı Qırmızı Aypara Cəmiyyətinin dəstəyi ilə əhalinin köçürülməsini təmin edərək və əhalini ərzaq və zəruri mallarla təchiz edərək fəal şəkildə problemin həllinə çalışıb.

Yardım Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə göndərilib. Cəmiyyət Fövqəladə hallar zamanı Yardım Fondu (DREF) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti Federasiyasının (IFRC) maliyyə dəstəyi əsasında fəaliyyət göstərir.

DREF fondu 1985-ci ildə yaradılıb və donorların yatırımları ilə dəstəklənib. Təbii fəlakətlərdən əziyyət çəkənlərə kömək etmək istərkən IFRC-nin maliyyə problemləri yarandıqda onlar maliyyə dəstəyi üçün DREF-ə müraciət edir.

Xəbər lenti

Xəbər lenti