...

Azərbaycanda narkotika cinayətlərinə görə axtarışda olan şəxs Rusiyada həbs edilib

Siyasət Materials 4 İyun 2010 13:22 (UTC +04:00)
Azərbaycanda narkotika cinayətlərinə görə axtarışda olan şəxs Rusiyada həbs edilib
Azərbaycanda narkotika cinayətlərinə görə axtarışda olan şəxs Rusiyada həbs edilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda narkotika cinayətlərinə görə axtarışda olan şəxs Rusiyada həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə günü Trend-ə bildirblər ki, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Nadir Əmişov Rusiya Federasiyasının Novokuznetsk şəhərində tutulub.

Əmişov artıq Azərbaycana gətirilib.

Xəbər lenti

Xəbər lenti