...

AŞ PA-nın yay sessiyasında Azərbaycanın demokratik institutları müzakirə olunacaq

Siyasət Materials 5 İyun 2010 12:12 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycandakı demokratik institutların fəaliyyəti müzakirə olunacaq.
AŞ PA-nın yay sessiyasında Azərbaycanın demokratik institutları müzakirə olunacaq

Аzərbaycan, Bakı, 5 iyun /Trend, müxbir А.Qasımova/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycandakı demokratik institutların fəaliyyəti müzakirə olunacaq. Bu barədə AŞ-nin məlumatında deyilir.

Sessiyanın ilk günündə Avropa Şurası bürosu və siyasi qrupları iclas keçirəcəklər və 2011-ci il üçün təşkilatın büdcəsinə baxılacaq.

Həmçinin sessiya ərzində Avropa məhkəməsinə Almaniya və Maltadan hakimlərin seçilməsi planlaşdırılır.

"Şimali Qafqazda insan haqlarının pozulması", "Kosovoda vəziyyət və AŞ-nin rolu", "Rumınların Avropada rolu" məsələləri müzakirə olunacaq.

Sessiyada BMT-nin "Sivilizasiya alyansı" üzrə baş katibi Xorxe Sampayo, Çernoqoriyanın Baş naziri Milo Dukanoviç və Makedoniya Prezidenti Georgi İvanovun çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti