...

Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının pozulmasına imkan vermək olmaz – Azərbaycanın XİN rəhbəri

Siyasət Materials 5 İyun 2010 15:48 (UTC +04:00)

İtaliya, Venesiya, 5 iyun /Trend, xüsusi müxbir İ.Kaşey/

Cənubi Qafqaz regionunda sülh və sabitlik istəməyənlərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının pozulmasına imkan vermək olmaz. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Siyasətçilərin məsuliyyəti budur - ölkələr və xalqlar arasında ümumi dil və əməkdaşlıq bəndləri tapmaq", - Məmmədyarov şənbə günü Venesiyada jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan həmişə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əməkdaşlığın və əlaqələrin tərəfdarı kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan bu əlaqələrin ilk təşəbbüsçülərindən olub. Nazir Moskvada Dağlıq Qarabağa Azərbaycan ərazisindən səfər etməklə bağlı məşhur təşəbbüsünü qeyd edib.

Rusiya Prezidentinin mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, "məkik diplomatiyası"nın təşəbbüskarı olan Mixail Şvıdkov, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan 2008-2009-cu illərdə iki dəfə bu diplomatiya çərçivəsində Dağlıq Qarabağa, Yerevana və Bakıya səfər ediblər. Nümayəndə heyətinin tərkibinə Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələri daxil olublar.

"Burada fəlsəfə çox sadədir, - Məmmədyarov deyib, - sadəcə olaraq öz ərazini götürüb onunla birgə Marsa və ya Aya uçmaq mümkün deyil. İstənilən halda öz qonşularınla ümumi dil tapmaq lazımdır. Bu nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Bu, iqtisadiyyatın və sadə adamların xeyrinə olacaq".

Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Ermənistan üzrə məlumatları nəzərə alaraq, hələ yarıdağıdılmış vəziyyətdə yaşayan Dağlıq Qarabağdan danışmırıq. Başqa çıxış yolu yoxdur, lakin bütün proses diqqətlə işlənməlidir, çünki həmişə təxribatçılar tapılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti