...

Türkiyədə keçirilən forum Avropa ilə Asiya arasında dialoqa doğru addımdır – ATƏT sədri Kanat Saudabayev

Siyasət Materials 7 İyun 2010 17:48 (UTC +04:00)
Qazaxıstan bu foruma vahid qitə məkanında təhlükəsizlik və əməkdaşlığın formalaşması məqsədilə Avropa ilə Asiya arasında dialoqun inkişafına doğru mühüm addım kimi baxır.
Türkiyədə keçirilən forum Avropa ilə Asiya arasında dialoqa doğru addımdır – ATƏT sədri Kanat Saudabayev

Türkiyə, İstanbul, 7 iyun /Trend, xüsusi müxbir A.Babayeva/

Qazaxıstan bu foruma vahid qitə məkanında təhlükəsizlik və əməkdaşlığın formalaşması məqsədilə Avropa ilə Asiya arasında dialoqun inkişafına doğru mühüm addım kimi baxır. Bu barədə ATƏT sədri, dövlət naziri, Qazaxıstanın xarici işlər naziri Kanar Saudabayev bu gün İstanbulda AQFETM-in üçüncü sammiti ərəfəsində "XXI əsrdə Avrasiyada təhlükəsizlik və iqtisadi əməkdaşlıq" adlı xüsusi tədbirin açılışında bildirib.

O xatırladıb ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dəfələrlə qeyd edib ki, "Avrasiyanın lap mərkəzində yerləşən Qazaxıstan belə bir dialoqun aktuallığını daha kəskin hiss edir". "Hələ 1992-ci ildə BMT Baş Assambleyasının kürsüsündə ilk çıxışı zamanı Nazarbayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin çağırılması haqqında təşəbbüs irəli sürmüşdü. Ədalət naminə demək lazımdır ki, o zaman heç kimin tanımadığı ölkənin heç kimin tanımadığı liderinin bu təklifi çoxları tərəfindən istehza və şübhə ilə qəbul edilmişdi", - qazaxıstanlı nazir bildirib.

Onun sözlərinə görə, bu gün Qazaxıstan iqtisadi cəhətdən güclü və demokratik inkişaf etmiş ölkəyə, beynəlxalq birliyin layiqli tərəfdaşına, Prezident Nursultan Nazarbayev bütün dünyada tanınan liderə, Yer kürəsi əhalisinin yarısını təmsil edən 22 dövlətin daxil olduğu və ÜDM-in üçdə birinin məxsus olduğu AQFETM isə ATƏT-in Asiyadakı analoquna çevrilib.

"Ona görə də ATƏT-in fəaliyyətdə olan sədri, gələn ildən isə İKT Nazirlər Konfransının sədri kimi Qazaxıstan bundan sonra da iki struktur və iki qitə arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə öz səylərini artıracaq", - o deyib. - "Bununla əlaqədar biz bu tədbir və qarşıdakı sammit çərçivəsində ATƏT-AQFETM forumunun yaradılmasına dair yeni təşəbbüs elan etmək istəyirik". Saudabayev qeyd edib ki, ATƏT-AQFETM forumu "nəhəng Avrasiya qitəsində təhlükəsizlik və əməkdaşlığın, həmçinin bu günlərdə Aralıq dənizində baş vermiş faciəli insident kimi aktual problemləri müzakirə etməyə imkan verən iki strukturun daimi dialoq meydançası ola bilər".

"ATƏT-in fəaliyyətdə olan sədri kimi bütün tərəfləri dialoqa və danışıqlara - bunlarsız regionda təhlükəsizliyi və sabitliyi təmin etmək qeyri-mümkündür - çağırıram", - o deyib.

Xəbər lenti

Xəbər lenti