...

Azərbaycanın xarici işlər naziri Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 10 İyun 2010 16:47 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer-Kaybiçi qəbul edib.
Azərbaycanın xarici işlər naziri Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer-Kaybiçi qəbul edib.

Etimadnamənin surətini təqdim edən Kaybiç ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Avstriya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində, nazir ölkəmizə səfir təyin olunması münasibətilə səfiri təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti