...

Özbəkistanda Qırğızıstandan olan qaçqınlar üçün humanitar yardımın toplanması təşkil olunub

Siyasət Materials 17 İyun 2010 10:48 (UTC +04:00)
Bu günlərdə Özbəkistanın dövlət və ictimai təşkilatları, beynəlxalq humanitar institutların və ictimaiyyətin nümayəndələri qırğız qaçqınlarına hərtərəfli yardım göstərir, zəruri humanitar yardım göstərməklə onların müvəqqəti yerləşməsi üçün şərait yaradırlar.
Özbəkistanda Qırğızıstandan olan qaçqınlar üçün humanitar yardımın toplanması təşkil olunub

Özbəkistan, Daşkənd, 17 iyun /Trend, müxbir D.Əzizov/

Bu günlərdə Özbəkistanın dövlət və ictimai təşkilatları, beynəlxalq humanitar institutların və ictimaiyyətin nümayəndələri qırğız qaçqınlarına hərtərəfli yardım göstərir, zəruri humanitar yardım göstərməklə onların müvəqqəti yerləşməsi üçün şərait yaradırlar.

"Mehr-nuri" Xeyriyyə Fondu, "Özbəkistan Mədəniyyət və İncəsənət Forumu" Fondu, Sosial Təşəbbüslərə Dəstək Fondu və "Qadın məclisi" Respublika İctimai Birliyi humanitar yardımın toplanmasını təşkil edərək, Qırğızıstandakı hadisələrdən zərərçəkənlərə iki partiya təcili humanitar yardım göndəriblər. Bu barədə forum fondunun mətbuat xidmətindən xəbər verilib.

Təşkilatın məlumatına görə, forum fondunun təşəbbüsünə ictimai qurumlar, kommersiya strukturlarının, şirkət və müəssisələrin, eləcə də "GeoMax", "Tethys Petroleum Limited"in nümayəndələri və ayrı-ayrı şəxslər qoşulublar.

Çərşənbə günü qaçqınların müvəqqəti yaşayış düşərgələrinin yerləşdiyi Fərqanə vadisinə 200 milyondan artıq sum məbləğində 130 tondan çox humanitar yükdən ibarət növbəti karvan daxil olub. Bunlar qida məhsulları və tibbi ləvazimatlar - qənd, düyü, un, kartof, makaron, yarmalar, çay, içməli su, yağ, birdəfəlik sprislər, qan köçürtmək üçün sistemlər, bint, yod, ağrıkəsici dərmanlar, uşaq geyimləridir.

Toplantının, ərzaq və tibbi ləvazimatların paylanmasında "Kelajak ovozi" Gənclər Təşəbbüsü Mərkəzinin könüllüləri iştirak edirlər. Təşkilatın könüllüləri artıq bir neçə gündür düşərgələrdədirlər, qaçqınlara da yerində lazımi kömək göstərirlər.

"Sen yölqixz emassan" ("Sən tənha deyilsən") Respublika İctimai Uşaq Fondu çərşənbə axşamı Özbəkistandakı Qırğızıstandan olan qaçqınlara kömək üçün 120 ton humanitar yük yola salıb. Yük ərzaq, su, tibbi ləvazimatlar və yorğanlardan ibarətdir.

Xəbər verildiyi kimi, Qırğızıstanın cənubunda iğtişaşlar başlandığı andan, Özbəkistan 100 minə yaxın qaçqın qəbul edib.

Xəbər lenti

Xəbər lenti