...

Hərbçilər arasında atışmanın olduğu uydurmadır - Azərbaycan Müdafiə Nazirliyi

Siyasət Materials 18 İyun 2010 11:18 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi hərbçilər arasında atışmanın olduğunu və bunun nəticəsində 7 nəfərin öldüyü barədə yayılan məlumatları əsassız sayıb.
Hərbçilər arasında atışmanın olduğu uydurmadır  - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi hərbçilər arasında atışmanın olmasını və bunun nəticəsində 7 nəfərin öldüyü barədə yayılan məlumatları əsassız sayıb.

"Belə bir şey olmayıb. Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin. Biz bunu təxribat kimi qiymətləndiririk. Bu "xəbəri" haradan götürüblər, kim bu yalan informasiyanı onlara verib, qoy açıqlasınlar. Təkzib etməyimizə baxmayaraq, onlar öz bildiklərini ediblər. Bu cür dəqiqləşdirilməmiş yalan və təxribatçı fikirləri qəzet səhifələrinə çıxararkən, onun məsuliyyətini də dərk etməlidirlər". Bunu mətbuata açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Sabiroğlu deyib ki, uydurma məlumatlarla Azərbaycan Ordusu haqqında mənfi fikirlər aşılamaq heç bir əndazəyə uyğun gəlmir və belə xəbərə görə sadəcə təəssüf edir.

Xəbər lenti

Xəbər lenti