...

Azərbaycan hakimiyyəti seçkilərin şəffaf, demokratik və ədalətli şəkildə keçirilməsində maraqlıdır - hakim partiyanın sədr müavini

Siyasət Materials 22 İyun 2010 17:34 (UTC +04:00)
Azərbaycan hakimiyyəti bu seçkilərin də şəffaf, demokratik və ədalətli şəkildə keçirilməsində maraqlıdır və bu istiqamətdə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək.
Azərbaycan hakimiyyəti seçkilərin şəffaf, demokratik və ədalətli şəkildə keçirilməsində maraqlıdır - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan hakimiyyəti bu seçkilərin də şəffaf, demokratik və ədalətli şəkildə keçirilməsində maraqlıdır və bu istiqamətdə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək. Trend-in Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına istinadən verdiyi məlumata görə, bu barədə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun (DTİHİ) seçki departamentinin rəhbəri Nikolas Kaçorovskini qəbul edərkən bildirib.

"Seçki Məcəlləsinə əlavə və dəyişiklər edilməsində başlıca məqsəd seçki praktikasını inkişaf etdirmək, Azərbaycanda seçki praktikasını təkmilləşdirmək və onu dünya təcrübəsinə maksimum uyğunlaşdırmaqdır", - YAP-ın sədr müavini deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Kaçorovski öz növbəsində seçki məsələləri ilə bağlı Azərbaycan tərəfindən açıq və səmimi münasibətlərə görə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib.

Görüşdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun seçki mütəxəssisi Conatan Stronstrit və ATƏT-in Bakı ofisinin demokratlaşdırma şöbəsinin rəhbəri xanım Jaklin Karpenter də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti