...

Leyla Əliyevanın təşəbbüsü Balkan ölkələrinin gənc liderləri tərəfindən dəstəklənib

Siyasət Materials 23 İyun 2010 11:05 (UTC +04:00)
Çərşənbə axşamı İstanbulda "Cənub-Şərqi Avropanın gənc liderləri əməkdaşlıq və təhlükəsizliyin tərəfdarıdır" adı altında ikigünlük beynəlxalq konfrans öz işini başa çatdırıb. Bu barədə Trend-ə İKT Gənclər Forumunun (İKT GF) mənzil-qərargahından məlumat verilib.
Leyla Əliyevanın təşəbbüsü Balkan ölkələrinin gənc liderləri tərəfindən dəstəklənib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Çərşənbə axşamı İstanbulda "Cənub-Şərqi Avropanın gənc liderləri əməkdaşlıq və təhlükəsizliyin tərəfdarıdır" adı altında ikigünlük beynəlxalq konfrans öz işini başa çatdırıb. Bu barədə Trend-ə İKT Gənclər Forumunun (İKT GF) mənzil-qərargahından məlumat verilib.

Tədbirin keçirilməsində əsas məqsəd Balkan regionu ölkələri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində, son nəticə olaraq, bu regionda uzunmüddətli sülhə və sabitliyə nail olunması prosesində gənclərin rolunun gücləndirilməsidir.

Konfrans İKT GF-nın, Türkiyənin "Cənub-Şərqi Avropada əməkdaşlıq və təhlükəsizlik naminə proses" nümayəndəliyinin, Avropa Gənclər Forumu və COJEP Avropa Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilib.

Konfransın açılış mərasimində təbrik nitqi ilə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri, İKT GF-nin baş katibi Elşad İsgəndərov və Avropa Şurası yanında beynəlxalq QHT assosiasiyalarının vitse-prezidenti Veysəl Filiz çıxış ediblər.

Onlar gənc liderləri konfransın işində fəal iştirak etməyə çağırıblar; eləcə də konfrans zamanı irəli sürüləcək ideya və təkliflərin sonralar uğurla həyata keçiriləcəyinə əminlikləriin ifadə ediblər.

Konfransda Yunanıstan, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya və Balkan regionunun digər ölkələrini təmsil edən yüzdən artıq gənc lider iştirak edib. "Təhsil və mədəniyyətlərarası dialoq", "Mövhumat və stereotiplər: KİV və vətəndaş cəmiyyəti", "Münaqişələrin nizamlanmasında gənclərin artmaqda olan rolu", "Gənc sahibkarlar işsizliyin azalması prosesinə töhfədir" və digər mövzular üzrə işçi qruplar çərçivəsində Qərb ölkələrini təmsil edən aparıcı universitetlərin və elmi institutların mütəxəssislərinin mühazirələri dinlənilib.

"Münaqişələrin nizamlanmasında gənclərin artmaqda olan rolu" adlı işçi bölümdə XX əsrdə baş vermiş humanitar fəlakətlərin problemləri ilə bağlı müzakirələr aparılıb. Bu seksiyada kampaniyanın Litvadan olan milli koordinatoru Yeva Lukosevikiute çıxış edib və 2008-ci ildə "Xocalıya ədalət" kampaniyasında görülən işlərdən danışıb. Kampaniyanın CŞA ölkələrində keçirilməsi barədə təklif müzakirə olunub; təklif konfrans iştirakçıları tərəfindən qəbul edilib və yekun İstanbul bəyannaməsinə daxil edilib.

Konfransın sonunda bu konfransda təsis olunan Cənub-Şərqi Avropa regionu üzrə gənclər şəbəkələrinin əməkdaşlığının konkret mexanizmlərini özündə əks etdirən yekun sənəd qəbul edilib.

Xəbər lenti

Xəbər lenti