...

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Qırğızıstandan olan qaçqınlar üçün humanitar yardım göndərib

Siyasət Materials 23 İyun 2010 11:52 (UTC +04:00)
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Qırğızıstandan olan qaçqınlar üçün qida məhsulları və gigiyenik vasitələrdən ibarət 240 ton humanitar yardım göndərib, - bu barədə Əndican vilayətinin yerli hakimiyyət administrasiyasından məlumat verilib.
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Qırğızıstandan olan qaçqınlar üçün humanitar yardım göndərib

Özbəkistan, Daşkənd, 23 iyun /Trend, müxbir D. Əzizov/

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Qırğızıstandan olan qaçqınlar üçün qida məhsulları və gigiyenik vasitələrdən ibarət 240 ton humanitar yardım göndərib, - bu barədə Əndican vilayətinin yerli hakimiyyət administrasiyasından məlumat verilib.

İçərisində humanitar yük olan təyyarə Türkiyədən Əndican aeroportuna çərşənbə günü gecə enib.

Xəbər verildiyi kimi, Qırğızıstanın cənubunda baş vermiş faciəli hadisələr nəticəsində, Özbəkistanda sığınacaq tapmış qaçqınlara beynəlxalq qurumlar, eləcə də BMT strukturuna daxil olan təşkilatlar, bir sıra ölkələrin hökumət bə hökumət təşkilatları, müəssisə və təşkilatlar, eləcə də Özbəkistan vətəndaşları humanitar yardım göstərirlər.

Qırğızıstanın cənubunda iğtişaşların başlandığı vaxtdan Özbəkistan 100 minə yaxın qaçqın qəbul edib. Onların əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edir. Qonşu respublikadan olan qaçqınlar çadır-düşərgələrində yerləşdiriliblər, qida, psixoloji və tibbi yardımla təmin olunublar.

Xəbər lenti

Xəbər lenti