...

Azərbaycanın müxalifət partiyası Parlament seçkilərində iştirak edəcək daha 10 nəfərin siyahısını açıqlayıb

Siyasət Materials 23 İyun 2010 15:24 (UTC +04:00)
Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) 2010-cu il Parlament seçkilərində iştirak edəcək daha 10 nəfərin siyahısını təsdiqləyib.
Azərbaycanın müxalifət partiyası Parlament seçkilərində iştirak edəcək daha 10 nəfərin siyahısını açıqlayıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Hacıyev/

Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) 2010-cu il Parlament seçkilərində iştirak edəcək daha 10 nəfərin siyahısını təsdiqləyib. ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun çərşənbə günü Trend-ə verdiyi məlumata görə, bununla partiyanın Parlament seçkilərində iştirak edəcək namizədlərinin sayı 61-ə çatıb.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

ADP 1991-ci ildə Naxçıvan şəhərində təsis olunub. 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1994-cü il ADP-nin birinci qurultayında Sərdar Cəlaloğlu partiyanın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti