...

Özbəkistanda Qırğızıstandan olan 15 min qaçqın qalıb – BMT

Siyasət Materials 25 İyun 2010 10:29 (UTC +04:00)
Özbəkistanda Qırğızıstandan olan 15 min qaçqın qalıb. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.
Özbəkistanda Qırğızıstandan olan 15 min qaçqın qalıb – BMT

Özbəkistan, Daşkənd, 25 iyun /Trend, müxbir D.Əzizov/

Özbəkistanda Qırğızıstandan olan 15 min qaçqın qalıb. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.

Xəbər verildiyi kimi, Özbəkistanda müvəqqəti olaraq 100 mindən çox qaçqın yerləşdirilmişdir. Onlar 46 xüsusi düşərgələrdə, eləcə də bu məqsədlər üçün uyğunlaşdırılmış binalarda yerləşdirilmişlər.

Hesabatda deyilir ki, çərşənbə günü humanitar agentliklərin nümayəndələri Özbəkistanın Fərqanə vadisindəki 46 düşərgədən 26-da olublar.

Hesabata görə, bu 27 düşərgədə qaçqınların sayı 3 min nəfərdən 30 min nəfərədək azalıb.

Özbəkistan hökumətinin nümayəndələri cümə axşamı Əndicandakı əlaqələndirmə görüşündə bəyan ediblər ki, Qırğızıstana nə vaxt qayıdacaqları barədə qərara gələ bilməyən qaçqınlar, hələlik düşərgələrdə qala bilərlər.

Qaçqınların sayının azalması ilə əlaqədar humanitar yardıma tələbat azalıb.

Yerdə qalan qaçqınlar çadır, su və ərzaqla təmin olunublar. Özbəkistana qayıdan qaçqınlar da 2-3 günlük qida məhsulları ilə təmin edilirlər.

Xəbər lenti

Xəbər lenti