...

Qırğızıstan Xarici İşlər Nazirliyi keçid dövrünün prezidentinin andiçmə mərasiminə ölkədə akkreditə olunan səfirləri dəvət edib

Siyasət Materials 2 İyul 2010 19:13 (UTC +04:00)
Qırğızıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri keçid dövrünün prezidenti Roza Otunbayevanın andiçmə mərasiminə dəvət olunublar.
Qırğızıstan Xarici İşlər Nazirliyi keçid dövrünün prezidentinin andiçmə mərasiminə ölkədə akkreditə olunan səfirləri dəvət edib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir S.Ağayeva/

Qırğızıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri keçid dövrünün prezidenti Roza Otunbayevanın andiçmə mərasiminə dəvət olunublar. Bu barədə Trend-ə cümə günü səfirliyin müşaviri İlqar Cabbarov bildirib.

Andiçmə mərasimi iyulun 3-də Dövlət Filarmoniyasının binasında keçiriləcək.

Mərasimə rəsmi dəvəti Qırğızıstan Xarici İşlər Nazirliyi göndərib.

Qırğızıstanda yeni konstitusiya layihəsinin qəbul edilməsi üzrə referendum iyunun 27-də keçirilib. Referendumda 2,7 milyon seçicinin 1,9 milyonu iştirak edib. Parlament idarəetmə formasının tətbiqini və prezident səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan yeni Konstitusiyaya 90,84 faiz seçici səs verib. Seçicilər Roza Otunbayevanı "keçid dövrü"nün prezidenti qismində təsdiq ediblər.

Mərasimə az vaxtın qalması ilə əlaqədar olaraq Qırğızıstan hökuməti ölkədə akkreditə olunan səfirlərlə kifayətlənmək barədə qərar qəbul edib. İndi Azərbaycanın bu ölkədəki diplomatik missiyasının rəhbərinin mərasimdə iştirakı məsələsinə baxılır.

Xəbər lenti

Xəbər lenti