...

Batumi limanı Fransanın Milli Dəniz Donanmasının freqatını qəbul edəcək

Siyasət Materials 6 İyul 2010 12:40 (UTC +04:00)
Fransa Milli Dəniz Donanmasının hərbi gəmisi ''Jan de Vyen'' 8-11 iyulda Batumi limanına gələcək. Fransa Səfirliyindən Trend-ə verilən məlumata əsasən, bu səfər gürcü-fransız ikitərəfli əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Batumi limanı Fransanın Milli Dəniz Donanmasının freqatını qəbul edəcək

Gürcüstan, Tbilisi, 6 iyul /Trend, müxbir H.Kirsxaliya/

Fransa Milli Dəniz Donanmasının hərbi gəmisi ''Jan de Vyen'' 8-11 iyulda Batumi limanına gələcək. Fransa Səfirliyindən Trend-ə verilən məlumata əsasən, bu səfər gürcü-fransız ikitərəfli əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Hərbi gəminin iyulun 8-də keçiriləcək təntənəli qarşılanmasında Acarıstanın hökumət başçısı Levan Varşalomidze, Batuminin meri Robert Çxeidze, Fransanın Gürcüstandakı hərbi attaşesi, polkovnik müavini Jan-Luk Teus və başqa rəsmilər iştirak edəcəklər.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin və ictimai təşkilatların rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Fransız hərbi gəmisinin heyət üzvləri və Qoniodakı Gürcüstan sahil mühafizəsinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq görüşü keçiriləcək.

İyulun 9-u 14:00-dan 18:00-a kimi və iyulun 10-u 14:00-dan 17:00-a kimi freqat arzu edənlər üçün açıq olacaq.

Fransız dənizçiləri və gürcü sahil mühafizə xidməti imkandan istifadə edərək, birgə təlimlər keçirəcək. Bu təlimlər 9-11 iyulda həyata keçiriləcək.

İyulun 11-də ''Jan de Vyen" Batumi limanını tərk edəcək.

Xəbər lenti

Xəbər lenti