...

İlham Əliyev Balakən rayonunda "Qubek" mehmanxanasının açılışında iştirak edib

Siyasət Materials 8 İyul 2010 14:46 (UTC +04:00)
Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak edib.
İlham Əliyev Balakən rayonunda "Qubek" mehmanxanasının açılışında iştirak edib

Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və dördulduzlu mehmanxana ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən 100 yerlik mehmanxananın tikintisinə 2007-ci ildə başlanılmışdır. Mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları var. Bina fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir. Burada, həmçinin, qazanxana və avtomobil qarajı da fəaliyyət göstərir. Mehmanxanada 80 nəfər işlə təmin olunmuşdur.

Mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti