...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada Azərbaycan dilində nəşrlər hazırlanacaq

Siyasət Materials 13 İyul 2010 16:11 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (INALCO) rektoru, professor Jak Löqran ilə görüşüb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada Azərbaycan dilində nəşrlər hazırlanacaq

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (INALCO) rektoru, professor Jak Löqran ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qonağın Azərbaycana bu səfərinin Fondla institut arasında əlaqələrə yeni impuls verəcəyinə və fəaliyyət sahəsini daha da genişləndirəcəyinə əminliyini ifadə edib.

Mehriban xanım qeyd edib ki, Avropanın bu nüfuzlu institutunda Azərbaycan dili fakültəsinin açılması iki ölkə arasında münasibətlərdə yeni bir səhifədir. Azərbaycan dilinin tədrisi fransalı gənclər üçün ölkəmizin mədəniyyətini, tarixini, ümumilikdə, Azərbaycan xalqını daha dərindən öyrənməyə imkan yaradır.

Heydər Əliyev Fondunun prezidenti fakültədə təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Rəhbərlik etdiyi ali təhsil ocağında Azərbaycan dilinin incəliklərinin tədrisinə marağın ildən-ilə artdığını söyləyən Jak Löqran bildirib ki, bu amilin geniş vüsət alması üçün daha çox əmək sərf etmək lazımdır. Təhsil ocağı üzərinə düşən bu vəzifə ilə bağlı daha çox çalışacaq.

Görüşdə Fransada Azərbaycan dilində nəşrlərin hazırlanması üçün Heydər Əliyev Fondu ilə birgə işçi qrupunun yaradılması ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti