Gürcüstan,Tbilisi, 14 iyul /Trend, müxbir N.Kirsxaliya/
Məşhur gürcü futbolçusu, İtaliyanın "Milan" komandasının müdafiəçisi və Gürcüstan yığma komandasının kapitanı Kaxa Kaladze həmkarı - "qanun oğrusu" ənənələrinə əməl etməkdə günahlandırılaraq həbs cəzası alan, futbol üzrə Gürcüstan yığmasının keçmiş oyunçusu Georgi Demetradzeyə zamin olmağa hazırdır. Çərşənbə axşamı brifinqdə dediyi kimi, Kaladze şəxsi mülkünü girov qoymağa hazırdır.
Kaladze, həmçinin, Gürcüstanın patriarxı və Prezidentinə müraciət edərək, onlardan Demetradzeyə zamin olmağı rica edib.
İyulun 8-də Gürcüstan Antiterror Mərkəzinin əməkdaşları Demetradze və daha iki şəxsi oğurluqda təqsirləndirərək həbsə alıblar. Demetradze ilə birlikdə daha iki nəfər - onun dostları David Qaqnidze və keçmiş polis polkovniki Kaxa Misireli də iki ay müddətinə həbs olunublar.
Axtarış zamanı onlardan 40 min dollar məbləğində pul götürülüb, Misirelinin üzərində 3 tapanca və qumbara, David Qanidzedə odlu silah aşkar olunub.
Demetradze əvvəllər Kiyev "Dinamo"su, İspaniyanın "Real Sosyedad"ı, Ukrayna, Rusiya klublarında və Azərbaycanın "Bakı" komandasında oynayıb.