...

Demokratiya Uğrunda İttifaq AXCP-Müsavat əməkdaşlığına qoşulmaq niyyətində deyil - Azərbaycan müxalifət partiyasının sədri

Siyasət Materials 14 İyul 2010 17:09 (UTC +04:00)
"AXCP-Müsavat əməkdaşlığı məsələlərinə qoşulmağımız bizim üçün ayıb olar", - bunu çərşənbə günü Trend-ə DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.
Demokratiya Uğrunda İttifaq AXCP-Müsavat əməkdaşlığına qoşulmaq niyyətində deyil - Azərbaycan müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Demokratiya Uğrunda İttifaqı (DUİ) AXCP-Müsavat əməkdaşlığına qoşulmaq niyyətində deyil.

"AXCP-Müsavat əməkdaşlığı məsələlərinə qoşulmağımız bizim üçün ayıb olar", - bunu çərşənbə günü Trend-ə DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Trend-in arayışı: Müxalif "Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası ilə seçki bloku yaratmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edib. Həmin qərar "Azadlıq" blokuna daxil olan digər partiyaların sərt reaksiyasına səbəb olub və blokun fəaliyyətinə xitam verilməsi elan olunub.

DUİ-nin də həmin seçki blokunda təmsil olunacağı söylənilir.

Mirəlioğlu bildirib ki, Demokratiya Uğrunda İttifaq (DUİ) olaraq həm Müsavat Partiyasına, həm də "Azadlıq" blokuna müraciətimiz olub.

"Həmin müraciətlərdə seçkiöncəsi birgə fəaliyyətlə bağlı təkliflər irəli sürmüşdük. Müsavat tərəfindən bu dəyərləndirilib və niyyət protokolunun imzalanması ilə də başa çatıb. Amma "Azadlıq" blokunda bu məsələyə yox deyiblər. Məsələni müzakirə etməkdən çəkiniblər. Biz məsləhətləşmələrimizi Müsavat Partiyası ilə aparırıq", - partiya sədri deyib.

Trend-in arayışı: Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti